Keçid linkləri

2025, 13 Fevral, Cümə axşamı, Bakı vaxtı 11:37

Naxçıvandan İrana viza pulsuz oldu


Yeni qaydalar tətbiq olunana kimi İrana getmək üçün viza haqqı 35 avro idi
Yeni qaydalar tətbiq olunana kimi İrana getmək üçün viza haqqı 35 avro idi

Aprelin 30-dan etibarən Naxçıvandan İrana getmək istəyən Muxtar Respublika sakinləri viza almaq üçün pul ödəməyəcəklər. İranın Naxçıvandakı Baş konsulluğundan «Azadlıq» radiosuna verilən məlumata görə, 20 gün üçün nəzərdə tutulan və heç bir kilometr məhdudiyyəti olmayan viza İranın istənilən ərazisində qalmağa imkan verir.


Yerli əhali viza almaq üçün konsulluğa bir fotoşəkil və sağlamlıq haqında arayış təqdim etməlidirlər.


Bu qaydalar yalnız MR ərazisində olan gömrük-keçid məntəqələrinə şamil olunub.


Bu vaxta kimi İrana viza haqqı 35 avro idi.


XS
SM
MD
LG