Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:59

İstanbulda Abdulla Gülün əleyhinə mitinq keçirilib


İstanbulda dünyəvi dövləti dəstəkləyən və indiki islam yönümlü hökumətin istefası tələbi ilə kütləvi nümayiş keçirilib.

«Associated Press» agentliyinin məlumatına görə, nümayişdə 300 mindən çox adam iştirak edib. İki həftə əvvəl buna oxşar aksiya paytaxt Ankarada da keçirilib.


Nümayişə səbəb prezident seçkisidir. Bu seçkidə mötədil islam partiyası sayılan Ədalət və İnkişaf Partiyasının üzvü – hazırkı Xarici İşlər naziri Abdulla Gülün qələbə şansı daha yüksək qiymətləndirilir.


Ənənəvi olaraq dünyəvi dövləti dəstəkləyən Türkiyə hərbçiləri Gülün seçilməsinin mümkünlüyündən narahatdırlar. Hökumət isə bəyan edib ki, hərbçilərin siyasətə qarışması yolverilməzdir.


XS
SM
MD
LG