Keçid linkləri

2025, 22 İyun, bazar, Bakı vaxtı 15:39

Prezident siqaret çəkdiyinə görə naziri cərimə edib


Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedovun sərəncamına əsasən, Avtomobil nəqliyyatı və avtomobil yolları naziri Aşırqeldı Zamanov ictimai yerdə siqaret çəkdiyinə görə aylıq məvacibindən məhrum edilib.

Nazir 2000-ci ildə əvvəlki prezident Saparmurat Niyazovun verdiyi «Siqaret çəkməyin qadağan olunması haqqında» sərəncamı pozub.


Qanuna əsasən, nazirliklər, idarələr, mülkiyyət formasından asılı olmayaq bütün müəssisə və təşkilatlarda, hərbi hissə və birləşmələrdə, tədris və məktəbəqədər uşaq müəssisələrində, teatr və kinoteatrlarda, ictimai nəqliyyatda, park, bağça və vətəndaşların kütləvi toplaşdığı digər yerlərdə siqaret çəkmək qəti qadağandır.


XS
SM
MD
LG