Dua mərasimi Xilaskar İsa Kilsəsində keçirilib.
Aprelin 28-də dünya şöhrətli musiqiçi ilə vidalaşmaq üçün Moskva Konservatoriyasının Böyük zalına 5 mindən çox insan gəlib. Onların arasında Rusiya prezidenti Vladimir Putin və bəzi hökumət üzvləri də olub.
Dəfn mərasimində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.
Mstislav Rostropoviç aprelin 27-də həyatının 81-ci ilində vəfat edib.
Violonçelist, dirijor, SSRİ-nin xalq artisti Rostropoviç 1927-ci il martın 27-də Bakıda musiqiçi ailəsində anadan olub.