Prezident İlham Əliyev Mstislav Rostropoviçin vəfatı ilə bağlı onun xanımı Qalina Vişnevskayaya başsağlığı verib. Dövlət başçısı Rostropoviçin vəfatı xəbərinin onu «dərindən kədərləndirdiyini» bildirir, Azərbaycan xalqı və öz adından başsağlığı verir: «Mən və Mehriban xanım bu dərdi Sizinlə bölüşür, dərindən kədərlənir və Sizə səmimiyyətlə başsağlığı veririk».