Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:36

Müsavatin yürüş-mitinqinə icazə verildi


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasına aprelin 29-da yürüş-mitinq keçirməyə icazə verib.


BŞİH-dən «Azadlıq» radiosuna bildiriblər ki, yürüş-mitinq saat 16-dan 18-dək metronun «Həzi Aslanov» stansiyasından Ukrayna dairəsinədək (Məhəmməd Hadi küçəsindən keçməklə) keçiriləcək.


Aksiyada enerjidaşıyıcıların qiymətlərinin və kommunal xərclərin artırılmasına etiraz bildiriləcək.


Müsavat P artiyası eyni tələblə bundan öncə də bir neçə yürüş-mitinq keçirib.



XS
SM
MD
LG