Keçid linkləri

2026, 10 İyul, cümə, Bakı vaxtı 11:36

Estoniyada sovet əsgərinə qoyulan abidə adı açıqlanmayan yerə köçürülüb

Estoniya hakimiyyəti bildirir ki, paytaxt Tallində aprelin 26-da polislə toqquşmada bir nəfər ölüb, 40-dan çox adam xəsarət alıb. Qarşıdurma İkinci Dünya Müharibəsinə xatirə kompleksinin köçürülməsilə bağlı olub. Minədək etirazçı kompleksin sökülməsinə etiraz olaraq abidənin ətrafına toplaşıb. Polis aksiya iştirakçılarını gözyaşardıcı qazla dağıdıb, 300-dək adam saxlanıb. Hökumətin sözçüsü bəyan edib ki, abidə sökülüb və adı açıqlanmayan yerə köçürülüb.


XS
SM
MD
LG