Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:50

General Petreus: «İraqda vəziyyət kritikdir»


İraqda vəziyyət kritikdir. Bunu İraqdakı Amerika qoşunlarının komandanı general Devid Petreus deyib.

Vaşintonda jurnalistlər qarşısında çıxış edərkən general bildirib ki, Bağdadda təhlükəsizliyin təmin olunması ilə bağlı iki ay qabaq işə salınan yeni plan müəyyən nəticələr verib, amma qarşıya qoyulan məqsədlərə çatmaq üçün əlavə ciddi səylər tələb olunacaq.


Petreus deyib ki, öz hərbi karyerasında ilk dəfə bu qədər böyük miqyaslı və çətin problemlə üzləşib.


XS
SM
MD
LG