Keçid linkləri

2025, 04 İyul, Cümə, Bakı vaxtı 21:34

Ramiz Mehdiyev akademik oldu


Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvü seçilib
Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvü seçilib

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) həqiqi və müxbir üzvlərin seçkilərinin ilkin nəticəsi məlum olub. Aprelin 26-da keçirilən iclasda hələlik humanitar və ictimai elmlər bölməsi üzrə seçkilər olub. Seçkilərin nəticələrinə görə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Dilçilik İnstitutunun direktoru Ağamusa Axundov və Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinin dekanı Vasim Məmmədəliyev AMEA-nın həqiqi üzvləri seçiliblər.


AMEA-da vakant 13 həqiqi üzv yerinə 45 alim, 31 müxbir üzv yerinə isə 207 nəfər namizədliyini irəli sürüb.


Seçkilər aprelin 27-də davam edəcək. Bu dəfə təbiət və fundamental elmlər üzrə seçki olacaq.


XS
SM
MD
LG