Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:51

İraq hakimiyyəti BMT missiyasına ölənlərin sayı barədə məlumat vermir


İraqa yardım üzrə BMT missiyası bəyan edir ki, Bağdadda dinlərarası qarşıdurma kəskin olaraq qalır, baxmayaraq ki, şəhərdə təhlükəsizliyi gücləndirmək üçün iki ay qabaq xüsusi əməliyyata başlanıb.


BMT missiyasının rüblük hesabatında Bağdadda çoxlu sayda qətllər haqda danışılır, amma ilk dəfə olaraq konkret rəqəm açıqlanmır, çünki İraq hakimiyyəti missiyaya bu cür məlumatlar verməməyi qərara alıb.


Hesabatda həmçinin İraqda yaşayış şəraitinin pisləşməsindən bəhs olunur; işsizlik bu ölkədə 60 faizə çatıb, iraqlıların 54 faizi günə bir dollardan aşağı məbləğə yaşayırlar.


XS
SM
MD
LG