Amerika Birləşmiş Ştatlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur. ABŞ Bakıdakı səfiri Enn Ders jurnalistlərə bildirib ki, ölkəsi Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü tanıyır. Diplomat Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həll edilməsinin vacib olduğunu bildirib.