Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:30

«Azadlıq» bloku Seçki Məcəlləsinə dəyişiklik və əlavələrlə bağlı təkliflərini açıqlayıb


Aprelin 25-də üç müxalifət partiyasının birləşdiyi «Azadlıq» bloku Seçki Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi ilə bağlı təkliflər paketini açıqlayıb. Blok ilk növbədə, seçki komissiyalarının paritet əsaslarla, yəni parlament seçkilərində 1 faizdən çox səs toplamış beş partiyanın üzvlərindən formalaşdırılmasını təklif edir.


AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli deyir ki, son parlament seçkilərində həmin baryeri aşmış beş partiya var: Yeni Azərbaycan, Müsavat, Xalq Cəbhəsi, Demokrat və Liberal partiyaları.


Eyni zamanda, təklif müəllifləri hesab edirlər ki, dairə və məntəqə seçki komissiyalarının sədrləri və katibləri də indiki kimi hakim partiya üzvləri olmamalıdır. Həmin vəzifələr də bərabər şəkildə bölüşdürülməlidir.


«Azadlıq» bloku həmçinin müşahidəçilərin qeydiyyatının sadələşdirilməsini, onların səlahiyyətlərinin artırılmasını və təqdim etdikləri sənədlərin hüquqi əsasının olmasını təklif edirlər.


Mövcud qanunvericiliyə görə, seçki komissiyalarının üçdə biri hakim YAP üzvlərindən, üçdə biri parlamentdə təmsil olunmuş partiyalardan, üçdə birisə bitərəflərdən ibarətdir.


XS
SM
MD
LG