Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, ünvanlı sosial yardımların verilməsi qaydaları xeyli sadələşdirilib. Belə ki, əgər əvvəl yardım almaq üçün vətəndaşdan 17-18 sənəd tələb olunurdusa, indi beş sənədin təqdimi kifayətdir.
Nazir deyib ki, ehtiyac meyarı 5 faiz artaraq 40 manat olacaq: «Biz bu artımı ilin ikinci yarısına gözləyirik».
Fizuli Ələkbərov bildirib ki, ehtiyac meyarı ildə bir dəfə - yaşayış minimumu təsdiq olunarkən, büdcə ilə müəyyənləşdirilir.
Bu ili aprelin 15-nə olan məlumata görə, hazırda 58 min 766 ailə sosial yardım alır.