Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 20:00

İlham Əliyev mayın 6-8-də Misirdə rəsmi səfərdə olacaq


Azərbaycan prezidenti İlham Əliyev mayın 6-8-də Misirə rəsmi səfərə gedəcək. Bu barədə «Novosti Azerbaydjan» saytına Misirin Bakıdakı səfirliyindən məlumat verilib.


Cənab Əliyevin sözügedən ölkəyə birinci rəsmi səfərində Misir prezidenti Hüsnü Mübarək, baş nazir Əhməd Nazif və digər dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.


İlham Əliyev Misirdə Azərbaycan səfirliyinin yeni binasının açılış mərasimində də iştirak edəcək.


İki ölkə arasında təhsil, turizm, kənd təsərrüfatı, poçt və konsulluq xidməti sahəsində əməkdaşlıq haqqında sənədlər imzalanacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG