Gələn ildən orta məktəb dərsliklərinə «Həyat bilgisi» adlı yeni fənn əlavə olunur. Bunu Təhsil nazirinin müavini Elmar Qasımov deyib. Yeni dərslik şagirdlərə fövqəladə hallarda davranış qaydalarını, sağlam həyat tərzini, mənəviyyat, o cümlədən, yol təhlükəsizliyi qaydalarını məcburi şəkildə öyrədəcək.
Bundan əvvəl isə yol hərəkəti qaydaları şagirdlərə ancaq əlavə saatlarda, özü də onların istəklərindən asılı olaraq keçirilirdi.