2006-cı ildə sürücülük vəsiqəsi almaq üçün müraciət edənlərin 350-dən çoxuna tibbi komisiya rədd cavabı verib. Bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Onun sözlərinə görə, buna müraciət edənlərdə psixoloji pozğunluq və digər səhhət qüsurları səbəb olub.
Ağayev eyni zamanda, bildirib ki, ictimai nəqliyyat vasitələrində işləyən sürücülərin reysdən qabaq və reysdən sonra tibbi müayinələrinin təşkili ilə əlaqədar Nəqliyyat Nazirliyi ilə birgə qaydalar işləyib hazırlayıblar. Qaydaları Nazirlər Kabineti artıq təsdiq edib.