Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 01:32

Azərbaycanda qəzaya uğrayanların əsas hissəsi gənclərdir


2006-cı ildə baş verən 3197 nəqliyyat qazasında həlak olan 1027 nəfərin 560-ı gənclər olub
2006-cı ildə baş verən 3197 nəqliyyat qazasında həlak olan 1027 nəfərin 560-ı gənclər olub

Son üç ayda baş verən 423 min yol hərəkəti pozuntusunun 65 faizini gənclər törədib. Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) hərəkət təhlükəsizliyinin təbliğatı və ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov deyir. Onun sözlərinə görə, Azərbaycanda yol qəza hadisələrinin sayı Ukrayna, Belarus, Gürcüstan və Rusiya ilə müqayisədə azdır. Azərbaycanda yol nəqliyyat hadisələrinə uğrayanların əsas hissəsi isə gənclərdir. Belə ki, 2006-cı ildə baş verən 3197 nəqliyyat hadisəsində həlak olan 1027 nəfərin 560-ı (55 faizi) gənclər olub.


Son üç ayda yol qəza hadisələrində 16 uşaq həlak olub, 58 nəfərsə xəsarət alıb. Həlak olanların 11-i, xəsarət alanların isə 39-u piyada olub. 11 piyadanın 7-si, 39 nəfərin isə 4-ü 7 yaşına qədər olan uşaqlar olub. Ərəstun Məcidov deyir ki, əksər hallarda kiçik yaşlı uşaqlar qəzaya valideynlərinin yanında uğrayıb.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG