Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:58

Boris Yeltsin vəfat edib


Rusiyanın birinci prezidenti Boris Yeltsin aprelin 23-də vəfat edib
Rusiyanın birinci prezidenti Boris Yeltsin aprelin 23-də vəfat edib
Rusiyanın birinci prezidenti Boris Yeltsin aprelin 23-də vəfat edib. Kremlin Mətbuat Xidməti xəbər verir ki, 77 yaşlı sabiq dövlət başçısının ölümünə səbəb ürəyin qəfil dayanması olub.

Boris Yeltsin 1931-ci il fevralın 1-də Sverdlovsk vilayətinin Butka kəndində anadan olub. 1955-ci ildə Kirov adına Ural Politexnik İnstitutunu bitirib və mühəndis-inşaatçı ixtisasına yiyələnib.


Əmək fəaliyyətinə Sverdlovskun inşaat təşkilatlarında başlayıb. 1968-1976-cı illərdə tikinti şöbəsinin müdiri, Sov.KP-nin Sverdlovsk vilayət komitəsinin katibi olub.


1976-1985-ci illərdə Sov.KP-nin Sverdlovsk vilayət komitəsinin birinci katibi işləyib. 1981-ci ildən Sov.KP Mərkəzi Komitəsinin üzvüdür. 1985-ci ilin iyun-dekabr aylarında Sov.KP Mərkəzi Komitəsinin tikinti şöbəsinə başçılıq edib. 1985-ci ildə Mərkəzi Komitənin katibi seçilib.


1985-ci ilin dekabrında Sov.KP Moskva Şəhər Komitəsinin rəhbəri seçilib, Sov.KP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd olub.


1987-1989-cu illərdə SSRİ Dövlət Tikinti Komitəsi sədrinin birinci müavini olub.


1989-cu ildə SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin Tikinti və Memamrlıq məsələləri üzrə komitəsinin sədri olub.


1990-cı ildən RSFSR-in Xalq deputatı, 1990-cı ili mayından isə RSFSR Ali Sovetinin sədri olub.


1991-ci il iyunun 12-də Boris Yeltsin Rusiya Federasiyasının ilk prezidenti seçilib.


1991-ci ilin avqustunda «QKÇP»-yə qarşı çıxan qüvvələrə başçılıq edib. 1991-ci ilin dekabrında Rusiya adından MDB-nin yaradılması barədə Belovej sazişini imzalayıb.


1993-cü ilin sentyabrında Rusiya Federasiyası Xalq Deputatlarının Qurultayını və RF Ali Soveti buraxıb və yeni ikipalatalı parlamentə-Dövlət Duması və Federasiya Şurasına seçkilər təyin edib.


1996-cı il iyulun 3-də ikinci dəfə prezident seçilib.


1996-cı ilin sentyabrında ürəyindən cərrahiyə əməliyyatı olunub.


1999-cu il dekabrın 31-də prezident səlahiyyətlərindən imtina edib və onları Konstitusiyaya uyğun olaraq Baş nazir Vladimir Putinə verib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG