Son üç gün ərzində Bakıda keçirilən reydlər zamanı 135 dilənçi saxlanılıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin ictimai təhlükəsizlik idarəsinin rəisi Şamil Seyidli «Trend»ə məlumat verib.
Onun sözlərinə görə, dilənçilərin hamısı Yevlax rayonunda yaşadığından onlar həmin rayona göndərilib.