Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:47

«Eynulla Fətullayevin həbsinə AŞ PA diqqət yetirəcək»


Andres Herkel: «Əgər hər hansı ölkədə dəyərlərə önəm verilmirsə, sanksiyalar problemi həll etmir»
Andres Herkel: «Əgər hər hansı ölkədə dəyərlərə önəm verilmirsə, sanksiyalar problemi həll etmir»

«Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev potensial siyasi məhbusdur. Onun həbsinə, eləcə də qəzetin şöbə müdiri Üzeyir Cəfərovun döyülməsinə bütün dünyada, o cümlədən Avropa Şurasında böyük diqqət yetiriləcək».


Bunu «Azadlıq» radiosuna Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel deyib. Onun qənaətincə, Eynulla Fətullayevin həbsinin arxasında başqa məqamlar var və bu, onun jurnalist fəaliyyəti ilə bağlıdır.


O ki qaldı, bu hadisədən sonra AŞ PA-nın Azərbaycana sanksiya tətbiq etməsi haqda ölkədəki çağırışlara: «Avropa Şurası məhkəmə deyil. Bu, demokratik dəyərlərə önəm verən ölkələrin birliyidir. Əgər hər hansı ölkədə dəyərlərə önəm verilmirsə, sanksiyalar problemi həll etmir. Bu dəyərlərə önəm verilməməsi ölkənin iflasını göstərir. Təəssüf ki, bu, Azərbaycana və Rusiyaya da aiddir».


Aprelin 20-də Eynulla Fətullayev iki il altı ay müddətinə azadlıqdan məhrum edilib. Başqa jurnalist Üzeyir Cəfərov isə naməlum şəxslər tərəfindən döyülüb.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG