Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 17:05

ABŞ səfirliyi Eynulla Fətullayevin həbsini pisləyir


«Jurnalistlərin peşəkar fəaliyyətlərini təhlükəsiz həyata keçirmələri üçün şərait yaradılmalıdır»

«Demokratik cəmiyyətdə jurnalistlərə qarşı cinayət təqibi yolverilməzdir». Bu barədə «Turan»a «Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevin azadlıqdan məhrum edilməsi haqqında məhkəmə hökmünü şərh edən ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik bildirib: «Biz bu məhkəmə prosesinə şübhə ilə yanaşırıq. Demokratik cəmiyyətdə jurnalisti məqalələrinə görə, azadlıqdan məhrum etmək olmaz».


Həmin qəzetlərin jurnalisti Üzeyir Cəfərovun döyülməsinə gəlincə, Henik hesab edir ki, buna heç cür haqq qazandırmaq mümkün deyil. «Jurnalistlərin peşəkar fəaliyyətlərini təhlükəsiz şəkildə həyata keçirmələri üçün şərait yaradılmalıdır»,- deyə o, vurğulayıb.


Aprelin 20-də «Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (böhtan) təqsirləndirilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Həmin gün axşam isə sözügedən nəşrlərin əməkdaşı Üzeyir Cəfərov naməlum şəxslərin hücumuna məruz qalıb.


XS
SM
MD
LG