Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:54

Sarkozi və Ruayal seçkilərin ikinci turu ərəfəsində kampaniyaya başlayırlar


Seçkilərin ikinci turuna keçmiş Fransa prezidentliyinə namizədlər Nikoli Sarkozi və Seqolen Ruayal seçicilərin əksəriyyətini öz tərəfinə çəkmək üçün ikihəftəlik kampaniyaya başlayırlar.


Ekspertlərin rəyinə görə, hakim sağ-mərkəzçi partiyadan olan namizəd Sarkozinin şansları daha yüksəkdir. Birinci turda o, sosialist Ruayalı beş faiz qabaqlayıb. (26 faizə qarşı 31 faiz).


Gözlənilir ki, hər iki namizəd birinci turda mərkəzçi Fransua Bayruya səs vermiş 18 faiz seçicinin səsləri uğrunda mübarizə aparacaq.


İkinci tur mayın 6-na təyin olunub.


XS
SM
MD
LG