Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:40

Korrupsiya ilə bağlı ötən il 79 şəxs barəsində 39 cinayət işi açılıb


Baş Prokurorluq bu ilin ilk üç ayı ərzində isə 24 şəxs barəsində 11 cinayət işi açıb
Baş Prokurorluq bu ilin ilk üç ayı ərzində isə 24 şəxs barəsində 11 cinayət işi açıb

Azərbaycanın dövlət orqanlarında korrupsiya halları ilə bağlı ötən il 79 şəxs barəsində 39 cinayət işi açılıb. Bu barədə Azərbaycanın Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəsmisi Nazim Mahmudov aprelin 23-də «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı»nın icrasının yekunlarına həsr olunmuş toplantıda məlumat verib.


Onun sözlərinə görə, 2005-ci ildə korrupsiya faktları ilə bağlı məhkəməyə 12 iş təqdim olub. «Trend»in məlumatına görə, bu ilin ilk üç ayı ərzində isə 24 şəxs barəsində 11 cinayət işi açılıb. Cinayət işlərinin motivləri əsasən rüşvət almaq, dövlət əmlakını talan etmək və vəzifədən sui-istifadə etməklə bağlıdır. Məsuliyyətə cəlb olunan şəxslər isə hüquq-mühafizə orqanlarında, təhsil sahəsində, bələdiyyələrdə çalışan adamlardır.


Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov bildirib ki, işçi qrup tərəfindən «Korrupsiyaya qarşı Milli Fəaliyyət Strategiyası» hazırlanıb. Strategiya ilkin variantı gələn həftə ictimai müzakirəyə çıxarılacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG