Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:05

Naxçıvanda hündür mərtəbəli binaların zirzəmilərinə baxış keçirilir


Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Naxçıvandakı hündür mərtəbəli binaların zirzəmilərinə baxış keçirir. Əhali arasında zirzəmilərin sığınacaq kimi hazırlandığı barədə məlumatlar dolaşır. Bu nazirlikdən də bildirdilər ki, onlar həqiqətən binaların zirzəmilərin yoxlayıb, onların mülki müdafiə obyektləri kimi istifadəyə yararlı vəziyyətə gətirmək istəyirlər. Nazirliyin xüsusi xidmət idarəsi zirzəmiləri yoxladıqdan sonra əksər binaların sıradan çıxmış havatəmizləyici qurğularını bərpa edəcək. Nazirlikdən onu da əlavə edirlər ki, hələ sovet zamanından binaların zirzəmiləri mülki müdafiə obyektləri olublar. İndi Nazirlik sadəcə həmin obyektləri normal vəziyyətə gətirir.



XS
SM
MD
LG