Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 04:16

Türkiyə-Yunanıstan qaz kəmərinin açılışı iyulda olacaq


Kəmərin uzunluğu 300 kilometrdir.


Azərbaycan qazını Türkiyədən Yunanıstana daşıyacaq kəmərin açılışı iyulda olacaq.


Bu haqda aprelin 21-də Yunanıstanın İnkişaf naziri Dimitris Sioufas bildirib.


«France Press» agentliyi nazirə istinadən yazır ki, açılış mərasimində Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan və Yunanıstanın Baş naziri Kostas Karamanis də iştirak edəcəklər.


Kəmərin uzunluğu 300 kilometrdir. Belə plan da var ki, kəmər dənizin dibiylə Yunanıstandan İtaliyaya qədər uzadılsın.


Yunanıstan mediası xəbər verir ki, kəmərin İtaliyaya qədər uzadılması 2011-ci ilə kimi reallaşmalıdır. Bu haqda sazişi Türkiyə, Yunanıstan və İtaliya yaxın aylarda imzalamalıdırlar.


XS
SM
MD
LG