Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:58

Əli İnsanov 11 il müddətinə azadlıqdan məhrum edildi


Əli İnsanov: «Mənə verilən cəza çürük rejimin müvəqqəti hökmü olacaq»
Əli İnsanov: «Mənə verilən cəza çürük rejimin müvəqqəti hökmü olacaq»

Sabiq Səhiyyə naziri Əli İnsanov 11 il müddətinə azadlıqdan məhrum edildi. Aprelin 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Faiq Qasımovun sədrliyi ilə çıxarılan hökmlə onun əmlakı 15 milyon yarım manat dəyərində qiymətləndirilərək müsadirə olundu. İnsanovla birlikdə ittiham olunan Səhiyyə Nazirliyinin digər sabiq dörd əməkdaşı şərti cəza aldı. Daha altı nəfərsə 3 idən 9 ilə qədər azadlıqdan məhrum edildi.


Hökmə görə, qanusus özəlləşdirildiyi deyilən müəssisələr Səhiyyə Nazirliyinə qaytarılır.


Hökmdən qabaq isə Əli İnsanov məhkəmədəki son sözündən sonra ona qarşı təzyiqlərin artdığını deyib.O, misal kimi hüquqlarını müdafiə edən Rizvan Talıbovun saxlanmasını və adından dərc edilən məktubu göstərib. Keçmiş nazir həmin məktubu «saxta» adlandırıb. Deyib ki, guya ki, o, həbs ediləndən sonra prezidentə müraciət edərək, əfv edilməsini xahiş edib. İnsanov bildirib ki, o, belə bir məktub yazmayıb: «Əgər belə bir məktub varsa, onun surətini yox, əslini dərc etsinlər. Qoy, ekspertiza təyin olunsun, həmin məktubu mənim yazıb-yazmadığım müəyyənləşdirilsin».


Keçmiş nazir bildirib ki, səhhətində problemlər mövcuddur, onurğa sütununda yırtıq var: «Bu, ağrılar verə bilər, ölümlə nəticələnə bilməz. İctimaiyyəti xəbərdar etmək istəyirəm ki, əgər başıma bir iş gələrsə, bu, səhhətimdə olan ağrılarla bağlı olmayacaq».


Əli İnsanov bildirib ki, «mənə verilən cəza çürük rejimin müvəqqəti hökmü olacaq».


Keçmiş Səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib. Bu ilin fevral və mart aylarında isə onun və SN-in daha on sabiq əməkdaşının vəzifə saxtakarlığı, rüşvət alma və s. ittihamlarla bağlı məhkəməsi keçirilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG