Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:09

DİN-dən Rizvan Talıbovun qonşusunun şikayətinə əsasən, saxlandığı bildirilir


Keçmiş Səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin sədri, özünü Qərbi Azərbaycana Qayıdış Birliyi adlandıran təşkilatın rəhbəri Rizvan Talıbov aprelin 19-da polis tərəfindən saxlanıb. Birliyin sədr müavini Yalçın Qəhrəmanoğlu «Azadlıq» radiosuna bildirib ki, Talıbov hazırda Sumqayıt Şəhər Polis İdarəsində saxlanır.


Qəhrəmanoğlu əlavə edir ki, Rizvan Talıbovla münaqişəyə girən adamın kimliyi barədə polis onlara məlumat vermək istəməyib.


Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə «Azadlıq» radiosuna bildirib ki, Talıbov qonşusunun şikayətinə əsasən saxlanıb: «Məndə olan məlumata görə, o, öz qonşusunu xuliqanlıq zəminində döyüb. Qonşu da bununla bağlı şikayət edib».


Zahidov şikayət ərizəsinin məxfi olmadığını bildirir.


XS
SM
MD
LG