Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 20:01

Bişkekin mərkəzində gənclərin mitinqi dağıdılıb


Aprelin 19-da Qırğızıstanın paytaxtı Bişkekdə nümayişçilərlə milis arasında toqquşmalar olub. Hökumət binasını daşqalaq edən kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə olunub. Milislərdən biri xəsarət alıb.


Nümayişçilər Alatau mərkəzinə çəkiliblər, burada müxalifət liderləri kütləni sakitləşdirməyə çalışırlar.


Meydanda prezident Kurmanbek Bakiyevin istefası, növbədənkənar prezident seçkisi və konstitusiya islahatının keçirilməsi tələbi ilə səkkiz minlik dinc mitinq keçirilir.


XS
SM
MD
LG