Futbol üzrə üçqat dünya çempionu Pele portuqaliyalı Kriştiano Ronaldunun hazırda ən güclü futbolçu sayılmasına münasibət bildirib. Onun fikrincə, «Mançester Yunayted»in xavbekinin bu adı daşıması hələ tezdir:
«Onun hamıdan yaxşı olduğunu deməyə tələsməyin. Təxminən eyni səviyyəli digər oyunçu - Kaka da var ki, bir neçə ildən sonra Ronaldinyonun ən yaxşı vaxtlarındakı kimi oynayacaq».