Keçid linkləri

Təcili xəbərlər
2022, 27 İyun, Bazar ertəsi, Bakı vaxtı 05:58

Sərhəd kəndlərində təhlükəsiz meydançalar tikiləcək


Bu il Qazaxın və Tovuzun Ermənistanla sərhəd kəndlərində təhlükəsiz uşaq oyun meydançaları tikiləcək. Bu barədə məlumat verən Azərbaycan Qırmızı Xaç Komitəsinin (AQXK) mətbuat üzrə əlaqələndiricisi Rəşid Axundovun sözlərinə görə, məqsəd Ermənistanla sərhəd kəndlərində yaşayan uşaqların istirahəti və əylənməsi üçün təhlükəsiz uşaq meydançaları yaratmaqdır. Son iki ildə Azərbaycanın sərhəd bölgələrində 25 belə meydança yaratdıqlarını deyən Axundov, bu il də 10 uşaq meydançasının təhvil veriləcəyini güman edir.


Onun sözlərinə görə, bəzi sərhəd kəndlərdə içməli su problemi var. Komitənin mütəxəssisləri bu problemin həlli imkanlarını araşdırırlar.



XS
SM
MD
LG