Çukotka qubernatoru və Britaniyanın «Çelsi» futbol klubunun sahibi üç ildir ardıcıl Rusiyanın «Forbs» jurnalının dərc etdiyi «qızıl yüzlüyə» başçılıq edir. Bu il Abramoviçin var-dövləti təqribən milyard dollar artıb və 19 milyard 200 milyon dolar təşkil edir.
Rusiyanın ən varlı yüz adamının ümumi var-dövləti «Forbs»un hesablamalarına görə, 340 milyard dollara çatır.