Keçid linkləri

2025, 22 İyun, bazar, Bakı vaxtı 15:28

Gəncədə dini qruplaşmaya qarşı məxfi əməliyyat keçirilir


Əməliyyatda MTN-in əməkdaşları da iştirak edirlər
Əməliyyatda MTN-in əməkdaşları da iştirak edirlər

Gəncədə adı açıqlanmayan dini qruplaşmaya qarşı məxfi əməliyyat keçirilir. Əməliyyatın aprelin 18-dən başlandığı bildirilir. Adı və hansı dini təriqətə məxsusluğu açıqlanmayan dini qruplaşma üzvlərinin bir neçəsinin həbs olunduğu barədə məlumatlar var.


Gəncə Şəhər Polis İdarəsindən «Azadlıq» radiosuna deyiblər ki, əməliyyat tədbirləri hazırda davam edir. Bu barədə ətraflı məlumatın isə əməliyyat başa çatandan sonra veriləcəyi bildirilir.


Polisilə Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının birgə apardığı bildirilən əməliyyata Gəncə Şəhər Polis İdarəsi rəisinin rəhbərlik etdiyi deyilir.


Gəncədən aldığımız digər məlumata görə isə, əməliyyat hər hansı dini qruplaşmaya qarşı yox, bir neçə dindara qarşı aparılır.


XS
SM
MD
LG