Azərbaycan Hava Yollarına məxsus Bakı-Kabil reysi ilə uçan TU-154 təyyarəsi aprelin 19-da saat 11.00-da Kabilə çatıb. Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.
Aprelin 18-də Kabil aeroportu Azərbaycan təyyarəsinin təhlükəsizliyinə təminat vermədiyindən təyyarə Bakıya qayıtmalı olmuşdu. «Interfax» agentliyinin məlumatına görə, aeroportdakı atışma səbəbindən təyyarə enə bilməyib.
Təyyarənin göyərtəsində 33 sərnişin olub. Bakı-Kabil reysi 2005-ci ilin sonlarından açılıb. Həftədə bir dəfə uçuş edir.