Prezident İlham Əliyevin aprelin 18-də imzaladığı sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri vəzifəsi təsis edilib. Sənədə əsasən, Akademiyada yuxarı say həddi 10 nəfərdən çox olmamaqla, Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri vəzifəsi təsis edilir.
Müşavirlərin aylıq vəzifə maaşları 600 manat məbləğində müəyyən edilir.