Keçid linkləri

2025, 15 May, Cümə axşamı, Bakı vaxtı 04:43

Lotereyanın qalibi kosmosa uçacaq


Amerikalılar qeyri-adi lotereya keçirməyi planlaşdırırlar. Lotereya qalibi böyük var-dövlətə malik olmadan kosmosa uça biləcək.

Bu layihənin başlıca təşkilatçısı Ayın səthinə çıxan ikinci adam – Bazz Oldrindir. Lotereyanı onun «ShareSpace» fondu keçirəcək.


Oldrin deyib ki, hələlik qalibin kosmosa hansı gəmidə uçacağı bilinmir. O, həddi-buluğa çatmış olmalı və yaxşı səhhəti olmalıdır. Uduşlu lotereya biletini satmaq və ya hədiyyə etmək mümkün olmayacaq.


XS
SM
MD
LG