Keçid linkləri

2025, 24 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:11

Azərbaycan – Ermənistan yığmalarının oyunu ilə bağlı qarar iyuna qaldı


Oyunların yeri ilə bağlı yekun qərara gəlmək mümkün olmayıb
Oyunların yeri ilə bağlı yekun qərara gəlmək mümkün olmayıb

UEFA İcraiyyə Komitəsinin aprelin 18-də keçirilən iclasında Avropa Çempionatı (AÇ)-2008-in seçmə mərhələsinin Azərbaycan–Ermənistan oyunlarının yeri ilə bağlı yekun qərara gəlmək mümkün olmayıb. UEFA-nın Mətbuat Xidmətindən verilən məlumata görə, müvafiq qərar bu ilin iyun ayında çıxarılacaq.


AÇ-nin reqlamentinə görə, oyunların yeri konkret qarşılaşmaya iki ay qalmışa qədər açıqlanmalıdı.


Təqvimə görə, Azərbaycan və Ermənistan yığmaları arasındakı oyunların birincisi sentyabrın 8-də Bakıda, ikincisi isə həmin ayın 12-də Yerevanda keçirilməlidi.


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası qarşılaşmanın neytral meydanda, Ermənistan Futbol Federasiyası isə oyunların Bakı və Yerevanda keçirilməsində israr edir.


XS
SM
MD
LG