Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyevin işləri ilə bağlı prosesini Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Tofiq Paşayev aparacaq. Bu barədə «Azadlıq» radiosuna məhkəmədən məlumat verilib. Fərhad Əliyevin vəkili Ramiz Məmmədovun sözlərinə görə isə hələ ki, məhkəmənin vaxtı təyin edilməyib.
Fərhad Əliyev dövlət əmlakını mənimsəmədə, rüşvət almada, qanunsuz sahibkarlıqda qaçaqmalçılıqda, vergidən yayınmada və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Rafiq Əliyevə də qaçaqmalçılıq və vergidən yayınma kimi ittihamlar irəli sürülüb.
Əliyev qardaşları 2005-ci il oktyabrında dövlət çevrilişinə və kütləvi iğtişaşlara cəhd ittihamları ilə həbs ediliblər.