Keçid linkləri

2025, 21 May, çərşənbə, Bakı vaxtı 16:21

Boris Berezovskinin İsrailə getdiyi xəbər verilir


Qəzet iddia edir ki, o, İsrailə «işgüzar səfər və istirahət üçün» gedib
Qəzet iddia edir ki, o, İsrailə «işgüzar səfər və istirahət üçün» gedib

Böyük Britaniyada siyasi qaçqın statusu alan rusiyalı sahibkar Boris Berezovski hazırda İsraildədir. Bu barədə «Tvoy den» qəzetinə istinadən «newsru» xəbər yayıb. Qəzet iddia edir ki, o, İsrailə «işgüzar səfər və istirahət üçün» gedib.


Boris Berozovski bildirib ki, onun «Başqa Rusiya» hərəkatının liderləri ilə heç bir əlaqəsi yoxdur. Rusiyalı milyonçu prezident Putinə qarşı hər hansı müharibə elan etməsi xəbərini də təkzib edərək deyib ki, o, bütövlükdə sistemə qarşı mübarizə aparır.


Berezovski «Qardian» qəzetinə verdiyi müsahibədə isə prezident Putini yıxmaq üçün yeni inqilab hazırladığını bildirmişdi.


Rusiyanın Baş Prokurorluğu Berezovskiyə qarşı yeni cinayət işi açıb və Britaniya hakimiyyətindən onun verilməsini tələb edib.


XS
SM
MD
LG