Keçid linkləri

2026, 21 May, cümə axşamı, Bakı vaxtı 14:41

Raul karyerasını «Real»da bitirmək istəyir

İspaniyanın «Real» klubunun kapitanı Raul karyerasını Madrid klubunda bitirmək istədiyini deyib. 29 yaşlı hücumçu kütləvi informasiya vasitələrinin madridlilərin yayda onunla vidalaşacağı haqda xəbərlərinə belə reaksiya verib: «Muqaviləm daha üç il üçün nəzərdə tutulub. Klubu tərk edəcəyim haqda söz-söhbət yalnız kiminsə bunu istəməsi üzündən yaranır. Bütün karyeramı «Real»da keçirmişəm və heç yerə getmək istəmirəm».

XS
SM
MD
LG