Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:01

Fərhad Əliyevlə bağlı cinayət işi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib


Aprelin 17-də keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyevlə bağlı cinayət işi yekunlaşaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. Bu barədə «Azadlıq» radiosuna Fərhad Əliyevin vəkili Ramiz Məmmədov məlumat verib.


Fərhad Əliyev mənimsəmə, rüşvət alma , qanunsuz sahibkarlıq, qaçaqmalçılıq və habelə vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Ramiz Məmmədov deyir ki, hazırda Milli Təhlükəsizlik Nazirliyində saxlanan keçmiş nazirlə görüşmək istəsə də, buna imkan verilməyib.


Fərhad Əliyev bir neçə vəzifəli şəxslə birgə 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib.


XS
SM
MD
LG