Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:53

Hadi Musəvinin ölkədən çıxarılmasına etiraz olaraq aksiya keçirilib


«Dalğa» Gənclər Hərəkatının bir qrup fəalı aprelin 16-da Hadi Musəvinin Azərbaycandan çıxarılmasına etiraz əlaməti olaraq Daxili İşlər Nazirliyinin binası qarşısında aksiya keçirib. Aksiya iştirakçıları «Azərbaycan bütün azərbaycanlıların vətənidir», «Hadi Musəvinin aqibəti bizi də gözləyir» və bu kimi şüarlar yazılmış köynəklər geyiniblər. Polis dərhal aksiyanı dağıdıb və 8 nəfər iştirakçı isə həbs olunaraq 9-cu polis bölməsinə aparılıb.


Hadi Musəvi Güney Azərbaycan Milli Oyanış Hərəkatı mimi tanınan qurumun üzvü olub. İran Azərbaycanın Kəleybər şəhərində yaşayıb və İran hökuməti tərəfindən millətçilik ittihamıyla təqib olunduğuna görə, Bakıya gəlib. Onun müraciətinə baxmayaraq, Bakıda Musəviyə qaçqın statusu verilməyib və aprelin 12-də İrana deportasiya olunub.


XS
SM
MD
LG