Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:52

Almaniya kansleri Türkiyənin AB-yə üzvlüyünə dair danışıqların uzun çəkəcəyini deyir


Almaniya kansleri Angela Merkel hesab edir ki, Türkiyənin Avropa Birliyinə üzvlüyünə dair danışıqlar uzun müddət çəkəcək və onun son nəticəsini proqnozlaşdırmaq çətindir.


O, bunu aprelin 15-də Hannoverdə Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanla danışıqlardan sonra bəyan edib.


Türkiyənin Baş naziri səfərdən əvvəl deyib ki, Avropa Birliyinin hazırkı sədri –Almaniya Türkiyə və Avropanın sonrakı yaxınlaşması üçün daha çox şey edə bilərdi.


Avropadakı ən böyük türk icması Almaniyadadır.


XS
SM
MD
LG