İraqda altı nazir – radikal şiə lideri Müktəda əs-Sədrin tərəfdarları hökumətdən gedirlər.
Əs-Sədrin siyasi bloku Baş nazir Nuri əl-Malikiyə təzyiq etməyə çalışır, Amerika qoşunlarının ölkədən çıxarılmasının qrafikini müəyyənləşdirməyi tələb edir.
Ekspertlərin fikrincə, əs-Sədrin tərəfdarlarının getməsi hökumətin süqutuna səbəb olmayacaq.
Bu arada aprelin 16-da Amerika hərbçiləri səhvən üç İraq polisini güllələyiblər. İnsident Bağdadın qərbindəki Ramadi şəhərində, kütlədən atəş açılan zaman baş verib.