Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 21:03

Bakıda Holokost anılıb


İkinci Dünya Müharibəsi vaxtı nasistlər 6 milyona qədər yəhudini qətlə yetiriblər
İkinci Dünya Müharibəsi vaxtı nasistlər 6 milyona qədər yəhudini qətlə yetiriblər

Aprelin 16-da Polşada minlərlə gənc Holokostu-yəhudilərin soyqırımını anacaqlar. Bu məqsədlə onlar «Həyat marşı» keçirəcəklər. Aksiya iştirakçıları keçmiş nasist konslagerində - Osvensimdə toplaşacaqlar. Mərasimə dünyanın bir çox yerindən gənc yəhudilər də qatılacaq.


Bu gün həmçinin Azərbaycanda da Holokostu anma mərasimi keçirilib. İsrailin Bakıdakı səfirliyinin Dillər Universitetində təşkil etdiyi tədbirdə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, yəhudi icmalarının nümayəndələri ilə yanaşı, İsrail parlamenti - Knessetin 4 üzvü: vitse-spikerlər Amnon Koen və Qideon Saar, deputatlar Ran Koen və Robert İlatov da iştirak ediblər.


İsrail parlamentariləri 3 günlük səfər çərçivəsində Quba rayonu və Bakı şəhərindəki Yəhudi İcmasının nümayəndələri ilə görüşlər keçirəcəklər.


İkinci Dünya Müharibəsi vaxtı nasistlər 6 milyona qədər yəhudini qətlə yetiriblər. Hər il dünyanın bir çox ölkələrində qeyd olunan Holokostu anma günü İsraildə artıq aprelin 15-dən başlayıb.


XS
SM
MD
LG