
Şəhər rəhbərliyi Neva prospektində «Razılaşmayanların yürüşü»nə qadağa qoyub, yalnız mitinqə icazə verib. Mitinqdə bir neçə min adam iştirak edib.
Saxlanalar arasında Birləşmiş Vətəndaş Cəbhəsinin Peterburq bölməsinin lideri Olqa Kurnosova da var.
Aprelin 14-də Moskvada Puşkin meydanından Turqenev meydanına yürüş etməyə çalışan 250-dək adam saxlanıb.
Birləşmiş Vətəndaş Cəbhəsinin lideri Harri Kasparov icazəsiz mitinqdə iştirak ittihamı ilə 1000 rubl cərimə olunub.
Məhkəmə gecəyarısı başa çatdığından, Kasparov Peterburq qatarına çata bilməyib.