Keçid linkləri

2025, 24 May, şənbə, Bakı vaxtı 02:29

Çikaqo Bakının rəqibi oldu.


Çikaqoya da Bakı kimi «küləklər şəhəri» deyirlər Foto: C. Kroker
Çikaqoya da Bakı kimi «küləklər şəhəri» deyirlər Foto: C. Kroker
2016-cı ilin yay olimpiadasına ev sahibliyi etmək üçün Amerikanın namizədi Çikaqo şəhəri seçildi. Bu haqda Amerikanın Olimpiya Komitəsi qərar çıxarıb.

Əhalisinin sayına görə Amerikanın üçüncü böyük şəhəri olan Çikaqo Los Anceleslə rəqabət aparırdı.


Çikaqonun meri Riçard Deylinin qalib kimi onun şəhərinin adının oxunmasına reaksiyası belə olub:


«Mən çox həyəcan keçirirdim, elə ki Çikaqonun adını eşitdim olimpiadanı izləyən balaca uşaq kimi yerimdən dik atıldım».


2016-cı il yay olimpiadasına iddialı şəhərlər arasında Çikaqo və Bakı ilə yanaşı, Madrid, Praqa, Roma, Rio-de-Janeyro və Tokio da var. Maraqlıdır ki, Çikaqoya da Bakı kimi «küləklər şəhəri» deyirlər.


XS
SM
MD
LG