Aprelin 13-də Yerevanın mərkəzində atışma baş verib, bir nəfər yaralanıb. Ermənistanın Baş prokurorluğundan «RİA-Novosti»yə məlumat veriblər ki, hadisə İsakov prospektində baş verib.
Operativ istintaq tədbirləri nəticəsində məlum olub ki, mübahisə zamanı 1981-ci il təvəllüdlü Q.Qriqoryan 1975-ci ildə anadan olmuş Petros Qavalcyana avtomat silahdan atəş açıb və hadisə yerindən uzaqlaşıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib. İnsidentlə bağlı cinayət işi qaldırılıb.