Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:00

«Neft şirkətlərindən 11 minə yaxın adam işdən çıxarılıb»


ARDNŞ məsələyə hesabatla tanışlıqdan sonra münasibət bildirmək niyyətindədir
ARDNŞ məsələyə hesabatla tanışlıqdan sonra münasibət bildirmək niyyətindədir

«2006-cı ildə yerli və xarici neft şirkətlərindən 11 minə yaxın adam işdən çıxarılıb. Bunun 10 minə qədəri xarici, 300 nəfərə yaxını isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) payına düşür». Bu məlumat aprel 13-də Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin açıqladığı illik hesabatda yer alıb. Komitə sədri Mirvari Qəhrəmanlı deyir ki, işdən çıxarılan neftçilərdən 35 nəfəri işə bərpa ilə bağlı məhkəməyə müraciət etsə də, cəmi dörd nəfərin iddiası təmin edilib.


Bundan başqa, ötən il neft sənayesində yeddi ölüm hadisəsi baş verib. Beş nəfərin ARDNŞ-ə məxsus müəssisələrdə, iki nəfərinsə xarici neft şirkətlərində həlak olduğu iddia edilir. İşdə xəsarət alan, əlil olanların sayına gəlincə, xanım Qəhrəmanlı deyir ki, rəsmi məlumatlarda cəmi iki nəfərin xəsarət aldığı bildirilsə də, onların apardığı araşdırmalar zamanı 150-200 nəfərin xəsarət aldığı üzə çıxıb.


Mirvari Qəhrəmanlının bildirdiyinə görə, ötən il ən çox insan hüquqlarının pozulması xarici neft şirkətlərində baş verib: «İşdən çıxarılandan sonra üç aylıq əməkhaqqı almalı olduğu halda, şirkətlərin əksəriyyətində bu məsələ ilə bağlı xeyli qanun pozuntuları üzə çıxıb. Xüsusi təhlükəli şəraitdə işləyən neftçilərin isə heç birinin həyatı sığortalanmır».


Hesabatda neftçilər arasında xeyli vərəm xəstəsinin olduğu da iddia edilir. Qəhrəmanlının sözlərinə görə, bu, daha çox dənizdəki neftçıxarma sahələrində neftçilərə verilən keyfiyyətsiz içməli su ilə bağlıdır. Mirvari Qəhrəmanlı bildirir ki, onlar bu barədə dəfələrlə ARDNŞ-ə müraciətlər ediblər. Şirkət isə bu məsələyə hesabatla tanışlıqdan sonra münasibət bildirmək niyyətindədir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG