Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:39

Saray qəsəbəsində bir qrup şəxs saxlanıb


Əməliyyatda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da iştirak ediblər
Əməliyyatda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da iştirak ediblər

Bu günlərdə Abşeron rayonunun Saray qəsəbəsində bir qrup şəxs saxlanıb. Məlumatı «Turan»ın müxbiri ilə söhbətində Abşeron Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Zahid Məmmədov təsdiq edib.


Rəisin sözlərinə görə, bölməyə Saray kəndində Cəbrayıl rayon sakini Samir Əliyevin evində şübhəli yığıncaqlar keçirilməsi barədə məlumat daxil olub.


Məlumatın yoxlanılması üçün aprelin 9-da bölmənin və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları birgə əməliyyat keçiriblər. Nəticədə Samir Əliyev və daha 10 nəfər həbs edilib.


Həbs edilənlərin 11-nin də əvvəllər məhkum edildiyi bildirilir.


Zahid Məmmədovun sözlərinə görə, müəyyən edilib ki, bu şəxslər 2000-ci ildə Gürcüstanın Pankisi dərəsində hazırlıq keçiblər.


Rəisin bildirdiyinə görə, hazırda həmin şəxslər tərəfindən ölkə ərazisində cinayət törədilməsi ilə bağlı araşdırmalar aparılır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG