Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:53

Parlamentdə partlayış olub. Ölənlər var


«Sky-news» xəbər verir ki, terorr aktı zamanı iki parlamentari həlak olub, onlarla yaralı var
«Sky-news» xəbər verir ki, terorr aktı zamanı iki parlamentari həlak olub, onlarla yaralı var

Aprelin 12-də nahar fasiləsi zamanı İraq parlamentinin restoranında partlayış baş verib. İnformasiya agentliklərinin şahidlərə istinadən yaydıqları məlumata görə, çoxlu zərərçəkən var. Partlayış vaxtı restoranda bir çox rəsmi şəxslərin nahar etdiyi bildirilirdi.


«Sky-news» xəbər verir ki, iki parlamentari həlak olub, onlarla yaralı var.


İraq parlamentinin binası Bağdadın möhkəmlənmiş və mühafizə olunan «Yaşıl zona»sında yerləşir. «Yaşıl zona»da bir çox hökumət binaları, həmçinin ABŞ və Böyük Britaniyanın səfirlikləri yerləşir.


Aprelin 12-də Bağdadın 100 km. şimalında qadın kamikadzenin törətdiyi terror aktı nəticəsində isə azı 16 nəfər həlak olub, 30 nəfər yaralanıb. Terrorçu özünü polis məntəqəsinin qarşısında partladıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG